Bakıda marketdə bıçaqla quldurluq edən şəxslər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda marketdə bıçaqla quldurluq edən şəxslər saxlanıldı

Kriminal

26 Noyabr 2025 12:49 596


Bakının Binəqədi rayonunda yerləşən marketlərin birində quldurluq hadisəsi baş verib.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Naməlum şəxslər gecə saatlarında orada çalışan satıcını kəsici-deşici alətlə hədələyərək tütün və kosmetik məhsulları talayıblar. Bu barədə zərərçəkən tərəf polisə məlumat verib. Dominos pizza

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər - 40 yaşlı Elnur Qələndərov, 32 yaşlı Mühəmməd Rəhimov və 30 yaşlı Ağaxan Xankişiyev müəyyən olunaraq saxlanılıblar. Həmin şəxslərin marketə gəliş-gedişi, tütün və kosmetik məhsulları talaması təhlükəsizlik kameraları vasitəsilə də görüntülənib.

Faktla bağlı araşdırmalar davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!