Binəqədidə narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən 2 nəfər saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, saxlanılanlar Fariz Mehdiyev və Əflatun Nəsrullayevdir.
Həmin şəxslərdən ümumən 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Onlar paytaxt ərazisində narkokuryerlik etdiklərini və onlayn yolla əldə etdikləri narkotiklərin satışını həyata keçirdiklərini bildiriblər. pizza sifarişi
Faktlarla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Telegram kanalımız