Binəqədidə silahlı şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Binəqədidə silahlı şəxs tutuldu

Kriminal

23 Fevral 2019 21:15 940


Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə əməliyyat həyata keçirilib.

“Yeni Sabah” xəbər verir ki, bölmə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə və 332-ci (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma)  maddələri ilə məhkum olunmuş Sumqayıt şəhər sakini Həsənağa Mirzəyev saxlanılıb. 

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd atəşə yararlı Çexiya istehsalı olan “Ceska-Zbrojovka” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb.  pizza

Faktla bağlı 5-ci Polis Bölməsində H. Mirzəyev barəsində toplanan materiallar araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!