Antalyanın Muratpaşa bölgəsində Varlıq Məhəlləsində yerləşən 5 mərtəbəli binada yaşayan cütlüyün koronavirus testi müsbət çıxıb.
Yenisabah.az xəbər verir ki, hadisə nəticəsində 10 mənzilin yerləşdiyi bina karantin altına alınıb. Binanın giriş və çıxışını bağlayan polis həm bina qapısına, həm ətrafına təhlükəsizlik zolağı çəkib.
Qeyd edək ki, binada yaşayanlar 14 gün karantin qaydalarına riayət edəcək və ehtiyacları bələdiyyə tərəfindən qarşılanacaq. pizza hut
Telegram kanalımız