“Bir az ağılla fikirləşin” - Kəmaləddin Heydərovdan yanğınla bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Bir az ağılla fikirləşin” - Kəmaləddin Heydərovdan yanğınla bağlı açıqlama

Hadisə

12 May 2020 01:42 1514


Xəbər verdiyimiz kimi, bu gün gecə saatlarında Bakının Binəqədi rayonunda yerləşən "EuroHome" tikinti materialları bazarında yanğın baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov da gəlib.

Nazir yanğın zamanı yanğınsöndürən şlanqlarının cırıq olması ilə bağlı səsləndirilən iddialara da münasibət bildirib. Marqarita pizza

 "Yaxşı olardı ki, bu sualları verməmişdən öncə yanğınsöndürənlərin işinə baxasınız. Baxın görün bu alovun içində şlanqların üzərinə nələr tökülür. O şlanqlar cırıla bilməz. Bir az ağılla fikirləşin", - deyə nazir məsələyə münasibət bildirib.   /Qafqazinfo

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!