Uzun zamandır ki, xəstə yatan futbolumuz bizə yalvarır ki, ölməyimə icazə verməyin. Bəzi azarkeşlərin təbirincə desək, 8 klublu Bakı çempionatını atıblar üstümüzə. Ki istəsəniz də budu, istəməsəniz də. Sanki duzsuz aşı qarşımıza qoyub, duz atmaq imkanın da mümkünsüz ediblər...
Xarici səviyyəli klublarda oynayan futbolçuları hansısa Bakı klubunun tərkibinə qatmaqla çempionat maraqlı olmur. Məsələn, hər hansı bir "Çelsi" azarkeşi Esyenə görə durub "Səbail"i dəstəkləməyə gəlməyəcək. Bu reallıqdır. Düzdür, xəbər cəzbedici gələ bilər ki, "Çelsi"nin ulduzu "Səbail"də. Amma bu yetərli deyil. Reklamla azarkeş artmır, baxımlı oyunla azarkeş artır.
Azarkeşləri bu qədər futboldan uzaq salmaq, bu qədər küsdürmək düzgün deyil. Hər il bir Bakı klubu yaratmaqdansa, regionlara da nəzər yetirmək lazımdır. Bir az insaf, bir az peşəkarlıq. Region Liqasında oynayan hansı klub hər il yaradılan Bakı klublarından geri qalır, hə? pizza mizza
Məsələn, elə danışaq Region Liqasının "Energetik"indən. Hansı ki, azarkeşləri keçən həftə bizə adlarına layiq bir "enerji vulkanı"nın nə olduğunu göstərdilər. Göstərdilər ki, bu klub Premyer Liqaya yaraşar, nəinki həvəskar liqaya. Zona45 klublarını Premyer Liqada dəstəkləməyə acdılar. Azarkeşləri bu qədər küsdürmək, bu qədər incitmək. Nə bilim…
Region Liqasını həvəskar liqa sayıb, Azərbaycandan futbolçu çıxmır demək nə qədər gülüncdür, necə də tragikomediyadır.
AFFA bu azarkeşləri də, bu klubu da görməzlikdən gəlib illərdir ölüm ayağında olan futbolumuzu daha da öldürür. 3 Region klubu, 5 Bakı klubu ilə çempionat qurulmur, qurudulur. Biz də Premyer Liqada klub sayını artırmaq istəyirik deməklə, artmır klub. Yəni ki, halva-halva məsələsi.
Zona45-in ümidi var. Amma hara qədər, nə zamana kimi? Bilinmir, bəlli deyil. Biz sadəcə izləməklə, xəstəmizə ağlamaqla gözləyirik. Ümid edirik. Ümid edirik ki, göz yaşımızı da futbolumuz kimi qurutmayacaqlar...
Naibə Məmmədova
Telegram kanalımız