Yay mövsümünün başlamasından etibarən dənizlərdə, çaylarda boğulan insanların sayı da durmadan artır. Bunun səbəbi nədir? Boğulma necə baş verir? Necə etmək olar ki, insanlar bu saciəni yaşamasınlar?
Apardığımız araşdırmada bu suallara cavab tapmağa çalışdıq.
Boğulma anı bizim kinolarda, filmlərdə gördüyümüz kimi baş vermir. Bəzən, hətta boğulan insanlar boğulduqlarını belə anlamırlar. Dominos pizza
Ümumiyyətlə, suda boğulmanın mərhələsi aşağıdakı şəkildədir:
– Təəccüb və panika halında insan suya batdığı zaman şüurlu şəkildə nəfəsini tutur və su üzündə dərin nəfəs alır.
– Su altında nəfəs borusuna su girməsi ilə refleks olaraq nəfəsi tutulur.
– Qanda karbondioksit səviyyəsi yüksəlir və insan dərin nəfəs alır və su ağciyərə girir.
– Şüur itir, tənəffüs itir və ölüm meydana gəlir.
Suda boğulmalar əsasən üzə bilməyənlərin dərinliyini, dib quruluşunu bilmədikləri sularda sərinləmək istədikləri zaman baş verir. Amma üzmə bilənlər də axıntı, dibi palçıq olan zəminlərdə, travma, spirtli içki, dərmandan istifadə, suda riskli hərəkətlər və su idmanı qəzaları kimi səbəblərə görə suda boğula bilirlər.
Suda boğulmaları 2 növdə nəzərdən keçirə bilərik:
Quru boğulma. Bu zaman ağciyərdə su olmur. Bu insanlarda qırtlaq spazm vəziyyətindədir. Ağciyərlərə nə su, nə də oksigen girə bilər.
Su udaraq boğulma. Boğulmaların böyük əksəriyyəti bu səbəblə baş verir. Ağciyərlərə dolan suyun miqdarı tənəffüsün dayanmasında ciddi faktordur.
Məsləhətlər sırasında yer alan məqamlardan biri də odur ki, ümumiyyətlə, boğulan insana üzüb arxadan yaxınlaşmaq lazımdır. Ən yaxşı üsul – insanı vurub gicəllətmək və saçlarından tutub çəkmək. Bunu etmək çətindir, çünki boğulan insan xilaskarın boynundan yapışır və bununla onu suda batıra bilər. Sonra bir əl ilə boynundan tutub və arxası üstə uzanan vəziyyətdə üzmək lazımdır. Sudan çıxardandan sonra batan insanı qarın tərəfi ilə dizinizin üstünə elə qoyun ki, başı aşağı sallansın. Belə edərkən siz suyu bədəndən asanlıqla çıxara bilərsiniz. Bundan sonra insanı arxası üstə uzandırıb, ona süni nəfəs və ürəyi masaj etmək lazımdır.
Batan şəxsin saçlarından, paltarının yaxalığından və qoltuqaltı nahiyəsindən tutmaq lazımdır.
Suda batanı xilas edərkən ehtiyatlı olmaq lazımdır. Belə ki, suda batan hər şeydən tutmağa cəhd etdiyi üçün o, xilas edəni də batıra bilər.
Batan şəxsə arxa tərəfdən yaxınlaşmaq, onu saçlarından, paltarının yaxalığından və ya qoltuqaltı nahiyəsindən tutaraq üzünu yuxarı çevirməklə onunla birlikdə sahilə tərəf üzmək lazımdır.
Batan şəxsin sifəti mütləq suyun səthindən yuxarıda olmalıdır.
İndi isə gələk həqiqətlərə...
Bu sahə üzrə təkmilləşmiş ingilis mütəxəssislərin sözlərinə görə, boğulma belə baş verir:
Boğulan insanlar psixolojik olaraq kömək istəyəcək vəziyyətdə olmurlar. Çünki əsas istəkləri nəfəs alıb-verə bilməkdir. Çünki boğulan insanın ağzı su üzərində kömək istəyəcək qədər qalmır. Boğulan insan əlini qolunu sallayaraq kömək istəməz. İnstiktiv olaraq insan yalnız qollarını yalnız yanlara çırparaq, suyun üstündə qalmağa çalışır. Ən yaxşı ehtimalda bu mübarizə 60 saniyə davam edir. Daha sonra isə insan bədəni tam olaraq nəfəssiz qalır və boğulur. Bu müddət uşaqlarda daha az – 20 saniyədir.
Sabrina
Telegram kanalımız