Bir gündə 5000-dən çox meşəcinsli ağac əkildi

saytların hazırlanması

Evə çatdırılma

Bir gündə 5000-dən çox meşəcinsli ağac əkildi

Turizm

19 Mart 2021 14:12 1043


Yaz ağac əkini mövsümü çərçivəsində meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində genişmiqyaslı ağacəkmə tədbirləri davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, dünən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun rəhbərliyi və Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə İsmayıllı rayonunun meşə fondu ərazisində 1 hektar ərazidə 1600-dən çox müxtəlif cinsli ağac tingi əkilib və palıd toxumu səpilib.

Bu gün isə Oğuz rayonunda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadənin və Nazirliyin regional idarələrinin əməkdaşlarının iştirakı ilə 2 hektar ərazidə 3500 meşəcinsli ağac əkilib. Sezar pizza

Qeyd edək ki, yaz ağac əkini mövsümü başlayandan bugünədək respublikanın 25 rayonunda ağac əkini həyata keçirilib, 60 hektar ərazidə 78 minə yaxın müxtəlif cinsli ağac əkilib, 1900 kiloqramdan çox toxum səpilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!