Bir ildə Şabranda cəmi 5 qəza olub

saytların hazırlanması

Evə çatdırılma

Bir ildə Şabranda cəmi 5 qəza olub

Kriminal

26 Yanvar 2019 22:51 1276


Şabran rayonunda qış ayları ilə əlaqədar olaraq inspektorlar tərəfindən qəzaların sayının minimuma endirilməsi və yol hərəkəti qaydalarına riayət olunması məqsədilə görülən zəruri tədbirlər görülür.

“Yeni Sabah” xəbər verir ki, Şabran RPŞ-nin DYPB-nin rəisi, polis kapitanı Nazim Kərimov bildirib ki, 2018-ci il ərzində rayon ərazisində rayon ərazisində qayda pozan sürücülər barəsində 3420 inzibati protokol tərtib edilib ki, onlarda 111-i əks hərəkət zolağına çıxmaqla manevr etmə və ötmə qaydasını pozan, 134-ü isə sərnişin daşıma qaydalarını pozan sürücülər barəsindədir. Həmçinin sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edənlər barəsində 74, işıqforun tələbini pozan 78 və yol ayrıcı qaydasını pozanlar barəsində 264 protokol tərtib olunub.

Sürücülər arasında aparılan profilaktiki söhbətlərin müsbət nəticələr verdiyini bildirən polis kapitanı, sərxoş halda nəqliyyat vasitəsini idarə edərək özünün və başqalarının həyatı üçün təhlükə törədənlərin sayında azalma olduğunu bildirib. O daha sonra rayon ərazisində baş verən yol nəqliyyat hadisələri haqda məlumat verərək deyib ki, qeyd olunan müddətdə Şabran rayonu ərazisində 5 yol nəqliyyat hadisəsi baş verib, hadisələr zamanı 2 nəfər dünyasını dəyişib, 5 nəfər isə müxtəlif dərəcəli xəsarət alıblar. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!