Bir mliyon qiyməti var -   100 avroya aldı

saytların hazırlanması

Evə çatdırılma

Bir mliyon qiyməti var - 100 avroya aldı

Maraqlı

15 Aprel 2026 13:08 885


Fransada keçirilən qeyri-adi lotereya nəticəsində bir nəfər dünyaca məşhur ispan rəssamı Pablo Pikassonun 1 milyon avrodan artıq dəyərə malik əsərinə cəmi 100 avroya sahib ola bilib.

“Yeni Sabah” “Reuters”ə istinadən xəbər verir ki, rəsm əsəri 1941-ci ildə çəkilən “Tete de Femme” (Bir qadının başı) adlanır və “100 avroya 1 Pikasso” adlı xeyriyyə lotereyası çərçivəsində satışa çıxarılıb.

Lotereyanın qalibi Parisdə yaşayan proqram təminatı satışı ilə məşğul olan Ari Hodara olub. O, aldığı bir bilet sayəsində məşhur tabloya sahib çıxıb. pizza hut

Xəbəri öyrənən Hodara əvvəlcə bunun zarafat olduğunu düşünüb. Daha sonra təşkilatçılar onunla əlaqə saxlayaraq nəticəni təsdiqləyiblər.

Təşkilatçılar ümumilikdə 120 min biletin satışa çıxarıldığını bildiriblər. Toplanan vəsait Avropa üzrə Alzheimer xəstəliyinə dair klinik tədqiqatları dəstəkləyən fonda ianə olunacaq.

Picassonun nəvəsi Olivier Vidmayer Pikasso bildirib ki, əsərin real bazar dəyəri, açıqlanan 1 milyon avrodan da yüksək ola bilər və bu nəticə böyük bir uğurdur.

Tablo Opera Gallery tərəfindən ianə edilib. Əsərin II Dünya Müharibəsi dövründə, Pikassonun Parisdə yaşadığı illərdə yaradıldığı və kubizm üslubunu əks etdirdiyi qeyd olunub.

Qalib Ari Hodara istəyinə uyğun olaraq, tablonu evində saxlaya, muzeyə bağışlaya və ya yenidən sata bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!