Bir nömrəli deputat, sıfır fəaliyyət

saytların hazırlanması

Evə çatdırılma

Bir nömrəli deputat, sıfır fəaliyyət

Siyasət

08 Dekabr 2022 14:34 2958


Vasif Talıbov 27 ildir ki, Azərbaycan Milli Məclisinin 1 nömrəli deputatıdır. Yəni o, 1995-ci ildən bəri keçirilən bütün seçkilərdə 1 saylı Şərur-Sədərək seçki dairəsindən YAP-ın deputatlığa namizədi olub və həmişə marafonu qalib başa vurub. Vasif müəllim o vaxtdan bəri cibində deputat mandatı daşıyır. 

“Yeni Sabah” bildirir ki, Talıbov ilk dəfə 1995-ci ildə millət vəkili seçilən zaman onun 35 yaşı olub. Hazırda 62 yaşı olan V.Talıbovun Milli Məclisin deputatı kimi fəaliyyəti sıfırın altındadır. Bütün internet axtarış sistemlərini bir-birinə vursan da, onun Milli Məclis binasında, iclasında, hər hansı tədbirində bir ədəd də olsun foto və ya video görüntüsünü əldə edə bilməzsən. Biz hələ çıxış etməyini təklif verməyini, kimisə tərif, kimisə tənqid etməyini bir tərəfə qoyuruq...

Talıbov Bakıdakı özünə məxsus olduğu deyilən ticarət obyektlərində, biznes strukturlarında, otellərdə daha çox olub, nəinki 1 saylı Şərur-Sədərək seçki dairəsinin onminlərlə seçicisini təmsil etdiyi Milli Məclisdə... Marqarita pizza

Azərbaycan parlamentinin fəaliyyətini özündə əks etdirən Meclis.info saytında yer alan məlumatlar da yazdıqlarımızı təsdiqləyir. Məsələn, saytın infoqrafikasından görünür ki, Talıbov 2020-ci ilin fevralından bəri (son parlament seçkilərindən bu yana) Milli Məclisin heç bir iclasında olmayıb. Heç bir çıxışı qeydə alınmayıb. Sosial şəbəkə fəaliyyəti sıfır, media fəaliyyəti sıfırın altında.

Amma sıfırdan sonra hansı rəqəm gəlsə də əhəmiyyətsizdir, riyazi qanun Vasif Talıbov üçün keçərli deyil. DTX-nın son əməliyyatları göstərir ki, Naxçıvanda mənimsəmələr, talamalar, korrupsiya milyonlarla olub. Rəsmi məlumatlara görə, korrupsiya və rüşvətxorluğun miqyasına görə Vasif Talıbovun xanlıq kimi rəhbərlik etdiyi Naxçıvan ölkə üzrə birinci yerdə olub. 1 nömrəli deputat yalnız bu məsələdə birinciliyi qoruya bilib...


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!