“Həyatımıza təhlükə var” -   Bir qrup sənətçi müraciət yaydı

saytların hazırlanması

Evə çatdırılma

“Həyatımıza təhlükə var” - Bir qrup sənətçi müraciət yaydı

Mədəniyyət

24 Noyabr 2025 13:20 9756


Azərbaycanın bir qrup sənətçisi müraciət yayıb.

“Yeni Sabah” xəbər verir ki, müraciəti xanandə Almaxanım Əhmədli, müğənni Təranə Mahmudova, musiqiçi Şəhriyar Musayev, müğənni Nura (Aynurə) Suri imzalayıb.

Onlar həyatlarına təhlükə yarandığını və buna görə Mədəniyyət Nazirliyinin Tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyevanın məsuliyyət daşıdığını bildiriblər: pizza sifarişi

“Mədəniyyət Nazirliyinin əməkdaşı Mənzər Nurəliyeva ilə bağlı tərəfimizdən səsləndirilmiş açıqlamalardan sonra bizim səhnə fəaliyyətimizdə, şəxsi həyatımızda və sair baş verə biləcək hər hansı neqativ hal və ya xoşagəlməz - zərər verə biləcək hadisə ilə bağlı bütün məsuliyyətin Mənzər Nurəliyevanın üzərinə düşdüyünü ictimaiyyətə bildiririk.

Qeyd edirik ki, onun müxtəlif qurumlarla geniş əlaqələrə malik olması səbəbindən ailə üzvlərimizdə narahatlıq yaranmışdır. Bu müraciət həmin narahatlığın əsaslı şəkildə qeydə alınması və mümkün risklərin əvvəlcədən qeyd olunması məqsədi daşıyır”.

Xatırladaq ki, siyahıda yer alan müğənnilər bir müddətdir ki, Mədəniyyət Nazirliyi ilə arasında baş verən mübahisələrlə gündəmdədirlər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!