Bir qrup şair və yazıçıya Prezident təqaüdü verildi -   EKSKLÜZİV

saytların hazırlanması

Evə çatdırılma

Bir qrup şair və yazıçıya Prezident təqaüdü verildi - EKSKLÜZİV

Mədəniyyət

17 Aprel 2026 17:59 6757


Azərbaycan Yazıçılar Birliyinin (AYB) bir qrup üzvünə Prezident təqaüdü verilib.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu, birlikdə təmsil olunan 20 gənc şair və yazıçıya şamil edilib.

AYB-nin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumatı saytımıza təsdiqləyib. Dominos pizza

“Bəlli yaşda olan 20 nəfər gənc şair və yazıçıya Prezident təqaüdü təyin olunub. Bu say standart olaraq 20 nəfərdir”, - o vurğulayıb. 

Prezident təqaüdünə layiq görülənlərin kimliyinə gəlincə, mətbuat katibi deyib ki, AYB həmin siyahını açıqlamır.

Qeyd edək ki, təqaüd 1 illik təyin olunur. Məbləğ isə aylıq 200 manatdır.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!