Bir rayonda 13 nəfəri it dişləyib

saytların hazırlanması

Evə çatdırılma

Bir rayonda 13 nəfəri it dişləyib

Rəsmi

07 İyun 2019 05:36 1179


Ağstafa rayonunda son 2 gün ərzində 13 nəfər küçə itlərinin hücumuna məruz qalıb.

İtdişləmə faktı ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına müraciət edənlərin hamısına tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.

Yerli sakinlər son vaxtlar sahibsiz itlərin sayının artdığını və buna görə, küçələrdə sağlamlıqları üçün təhlükə olduğunu bildiriblər. Sezar pizza

Zərərçəkənlərdən biri - Ağstafa rayon sakini Qurban Qurbanovun dediyinə görə, onu it yaşadığı evin qarşısında dişləyib.

"Ətrafdakılar köməklik etdi. İnanın, həmin itin qarşısına uşaq çıxsaydı, onun vəziyyəti daha da ağır ola bilərdi".

Daha bir sakin, Q.Zeynalova isə küçədə 7 itin hücumuna məruz qalıb və itlərdən biri onu da dişləyərək xəsarət yetirib.

Bu cür hallar son zamanlar Ağstafa rayonunda tez-tez baş verir.

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!