“Elmlər Akademiyasında 1 saata yaxın gözləməyimə baxmayaraq, Bakı Ekspo Mərkəzinə gedəsi avtobusu tapmadım”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri yazıçı Sevinc Elsəvər sosial şəbəkə hesabında yazıb.
Yazıçı bildirib ki, onunla bərabər 10-15 nəfər də avtobusun gəlməsini gözləyirmiş: pizza hut
"Bu gün saat 2-də "Xan" nəşriyyatının stendində olmalıydım. Qismət olsa, sabah gəlməyə çalışacam. Bilmirəm yollar tıxac idi, yoxsa bu dəfə mən nəyisə səhv elədim, belə alındı? Amma orda mənimlə bərabər azı 10-15 nəfər avtobusu gözləyirdi. Düzdür, onlardan bir neçəsi də oxucu deyildi. Uzaqgörən xalqımın gənc, tələbə nümayəndələri qəşəng şey fikirləşiblər: Binədə yaşayan tələbələr sərgi günlərində pulsuz evə gedirmişlər o avtobuslarla həm də. Binədə yaşasam, bəlkə mənim də ağlıma gələrdi bu fikir. Amma sərgiyə getmək üçün səbirsizlənənlər də vardı. Bəziləri yaxınlaşıb avtobusu xəbər alır, olmadığını görəndə düz keçirdilər. Bəziləri bizə qoşulub gözləyirdilər. Gənc bir qadın görəsən Kəraməti sərgidə görə biləcəkmi deyə maraq içində idi. Onu arxayın saldım ki, görə biləcək. Səbrlə gözləyirdi. Oxuculardan və Binə yolçularından ayrılmalı oldum mən. Bilmədim avtobus gəldimi, gəlmədimi. Çünki uçsam da çata bilməzdim görüş saatına artıq. Sabah bəxtimi bir də sınayacam! Görək necə olur!”.

Sərgi üçün ayrılan avtobuslar ötən gün də işləməyib.
“Yeni Sabah” ötən gün və bu gün Mədəniyyət Nazirliyinə sorğu ünvanlayıb. Amma qurum suallara cavab verməyib.
Qeyd edək ki, oktyabrın 1-də Bakı Ekspo Mərkəzdə Beynəlxalq Kitab Sərgisi açılıb. Sərgi oktyabrın 7-dək davam edəcək.
Aydan Hacı
Telegram kanalımız