Bir sıra müsəlman ölkələrində Məhəmməd peyğəmbərin mövlud günü qeyd edilir

Bir sıra müsəlman ölkələrində Məhəmməd peyğəmbərin mövlud günü qeyd edilir

Din

17 Oktyabr 2021 15:29 4243


Bu gün bir sıra müsəlman ölkələrində Məhəmməd peyğəmbərin (s.ə.s) mövludu günü kimi qeyd olunur.

Hicri-qəməri təqvimlə İslam peyğəmbərinin anadan olduğu gün Rəbiüləvvəl ayının 12-nə təsadüf edir. Bu il həmin tarix qriqorian təqvimi ilə oktyabrın 17-nə uyğun gəlir.

Qeyd edək ki, Məhəmməd peyğəmbərin (s.a.s.) mövlud tarixi İslam alimləri və tarixçilər arasında mübahisəlidir. Sonuncu peyğəmbərin doğum ili fərqli mənbələrdə 570-580-ci illər arasında göstərilir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!