Bir sıra ölkə vətəndaşları Xocalıya ədalət istəyib

saytların hazırlanması

Evə çatdırılma

Bir sıra ölkə vətəndaşları Xocalıya ədalət istəyib

Siyasət

18 Fevral 2019 22:56 1193


Dünyanın bir sıra ölkələrin vətəndaşları Xocalıya ədalət istəyib.

Diasporla İş üzrə Dövlət Komitəsinin televiziyası olan Diaspor TV vasitəsilə müxtəlif ölkələrdən “Xocalıya ədalət” səsləndirilib. 

“Yeni Sabah” xəbər verir ki, soydaşlarımızla yanaşı, ABŞ, Rusiya, Ukrayna, Çin, Hindistan, Gürcüstan, Türkiyə, əksər Avropa və Ərəb ölkələrinin vətəndaşları da müsahibədə Xocalı soyqırımı haqqında məlumatlı olduqlarını bildirib, “Xocalıya ədalət” deyiblər.  pizza sifarişi

Videomüsahibədə müxtəlif yaş kateqoriyasına daxil olan insan¬lar iştirak edib. Onlar “Xocalıda soyqırımı olduğuna inanıram və Xocalıya ədalət istəyirəm” deyib. 

Müsahibələrin alınmasında xaricdə yaşayan azərbaycanlılar xüsusi  fəallıq nümayiş etdiriblər. Videomüsahibələrlə Dövlət Komitəsinin rəsmi Youtube kanalında tanış olmaq olar. Eyni zamanda, müsahibələr Dövlət Komitəsi ilə İctimai Televiziyanın birgə layihəsi olan “Vətən uzaqda deyil” proqramında da nümayiş etdiriləcək. Proqram fevralın 25-dən 26-na keçən gecə saat 00.10-da yayımlanacaq. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!