Bir sıra rayonlarda güclü külək əsir, yağış yağır - Faktiki hava

saytların hazırlanması

Evə çatdırılma

Bir sıra rayonlarda güclü külək əsir, yağış yağır - Faktiki hava

Sosial

20 Aprel 2026 17:33 443


Milli Hidrometeorologiya Xidməti aprelin 20-si saat 17:00-a olan faktiki havanı açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Yağıntılar bəzi yerlərdə intensiv xarakterlidir.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Daşkəsən, Gədəbəy, Tərtər, Bərdə, Naftalan, Göygöl, Gəncə, Şəmkir, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Xızı, Quba, Şabran, Mingəçevir, Göyçay, Zərdab, Neftçala, Yardımlıda arabir yağış yağır. Dominos pizza

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 21, Goranboyda 19, Naftalanda 18 m/s-dək güclənir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!