BirBank istifadəçilərinin sayı yarım milyonu keçdi

saytların hazırlanması

Evə çatdırılma

BirBank istifadəçilərinin sayı yarım milyonu keçdi

Rəqəmsal

17 Aprel 2019 15:18 1403


Onlayn əməliyyatlara və yeni texnologiyalara üstünlük verən 500 000 nəfərdən artıq istifadəçi, Kapital Bank-ın BirBank tətbiqini App Store və Play Store-dan yükləyib. 

“Yeni Sabah” xəbər verir ki, hazırda BirBank ölkəmizdə ən çox yüklənilən və ən çox istifadə edilən mobil bank tətbiqidir. iOS və Android əməliyyat sistemləri BirBank-ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən yaxşı tətbiqi olduğunu bildirərək, müştərilərə tövsiyə edir.

Həmçinin tətbiq vasitəsilə Azərbaycanda ilk dəfə olaraq QR Pay ödəniş sistemində ödənişlər həyata keçirmək mümkündür. QR Pay vasitəsilə BirBank istifadəçiləri mağazalarda kart olmadan ödəniş edə bilirlər. Bunun üçün kassalarda olan xüsusi posterdəki QR şifrəni, smartfonun kamerası ilə skan etmək lazımdır.  Sezar pizza

İstifadəçilər 1 dəqiqə vaxt sərf edərək, istənilən ödəniş kartı ilə onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə yalnız Kapital Bank-ın ödəniş kartlarını deyil, digər bankların kartlarını da əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. 

Bundan əlavə, BirBank-ın telefon kitabçasında olan, tətbiqi yükləyən digər istifadəçiyə pul göndərmək və ya ondan pul qəbul etmək kimi funksiyaları da mövcuddur. Yeni tətbiqdə Kapital Bank-ın yaxınlıqda olan filial və ATM-lərini tapmaq, kredit və ya zəng sifarişi və valyuta məzənnələrini izləmək mümkündür.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!