Birbaşa dialoqa başlayın! - Bakı və İrəvana çağırış

saytların hazırlanması

Evə çatdırılma

Birbaşa dialoqa başlayın! - Bakı və İrəvana çağırış

Siyasət

04 May 2023 11:09 698


Rəsmi Vaşinqton Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu davamlı sülhə nail olmaq üçün açar sayır.

Yenisabah.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə deyib.

O qeyd edib ki, Birləşmiş Ştatlar Bakı və İrəvan arasında birbaşa dialoqun mümkünlüyünə inanır. Dominos pizza

V. Patel ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında keçirilən görüşlər barədə suala cavab olaraq əlavə məlumatı olmadığını bildirib: “Biz bir daha Cənubi Qafqaz regionunda sülhsevər gələcəyin təşviqinə sadiq qalırıq”.

O, A.Blinkenin Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün açılışına qatılanda, eləcə də ötən gecə şam yeməyində salamlamaq imkanı olduğunu söyləyib: “ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu prosesdə fəal iştirak etməkdə davam edir. Ancaq proses davam etdiyi üçün hadisələri qabaqlamaq istəmirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!