Birgəyaşayış kontekstində fərqli baxış bucağı: Azərbaycanlılar və ermənilər

saytların hazırlanması

Evə çatdırılma

Birgəyaşayış kontekstində fərqli baxış bucağı: Azərbaycanlılar və ermənilər

Din

18 Aprel 2025 15:42 1716


Tarix boyu Qafqaz regionunda olan bütün xalqlar, o cümlədən, azərbaycanlılar və ermənilər müxtəlif ərazilərdə birlikdə yaşayıb. Lakin tarixi proseslər və hadisələrin gedişi onu göstərdi ki, azərbaycanlılar bunu könüllü etdikləri halda, ermənilər üçün multikultural mühit sadəcə məcburiyyət idi. 

Millətlərin sosial-psixoloji şüurunu və baxış bucağını formalaşdıran əsas faktorlar arasında müxtəlif səbəb dayanır. Azərbaycanlılar və ermənilər arasında milli ədavət zəmnində ilk qaynar toqquşmalar XIX əsrin sonları, XX əsrin əvvəllərinə təsadüf edir ki, həmin dövr eyni zamanda Qafqaz xalqları arasında milli şüurun formalaşması dövrü kimi xatırlanır. 

Ermənilər, gürcülər və azərbaycanlılar arasında millət, Şimali Qafqaz toplumları arasında isə xalq olma düşüncəsi məhz sözügedən dövrdə təşəkkül tapmağa başladı. Azərbaycanlılar və ermənilərin milli kimlik və dövlət qurma ideyaları arasında kəskin fərqlər də elə bu dövrdə formalaşdı.  Sezar pizza

Ermənilər: İfrat “mən” fəlsəfəsi

Azərbaycanlılar üçün milli kimlik anlayışı heç vaxt özündə monoetnik çalarlar əks etdirmədiyi halda, ermənilər üçün millətçiliyin təməli milli dözümsüzlüyü ehtiva edir. Bu günkü Ermənistan əhalisinin 98 faizini etnik ermənilərin təşkil etməsi də bunun birbaşa sübutudur. 

Ermənilər milli düşüncələrin arxa plana atıldığı sovet dövründə belə 2-si genişmiqyaslı olmaqla, dəfələrlə azərbaycanlıların Ermənistandan qovulmasına (deportasiya adı altında) nail olub. 1947-1956-cı illərdə təxminən 100 min, 1988-1989-cu illərdə isə 250 minə yaxın azərbaycanlı Ermənistan ərazisindən qovulub. 

Bənzər aqibəti Ermənistanın müstəqillik dövründə kürdlər, ruslar, ukraynalılar, yezidilər və hətta ermənilərə etnik yaxınlığı ilə tanına yunanlar da yaşayıb. Yəni əslində ermənilərin problemi təkcə türklərlə deyil, bütün erməni olmayanlarladır. Xaçatur Abovyan, Mikayel Çamçiyan, Silva Kaputikyan və Zori Balayan kimi erməni millətçiliyini nəzəriyyə olaraq formalaşdıran şəxslər öz əsərlərində mütəmadi olaraq, ermənilərin qeyri-erməni millətlərlə birgə yaşayışının mümkünsüz olduğunu dilə gətiriblər. 

Onlar bu faktoru ermənilərin öz qonşularından fərqli olaraq, xristian və qriqoriyan (bu məzhəb sadəcə erməniləri ehtiva edir) olmaları ilə əsaslandırsalar da, reallıqda bu teorem özünü qətiyyən doğrulamır. Bu gün Qarabağdan köçən etnik ermənilərin Azərbaycanın yurisdiksiyasında yaşamaq istəməməsi və xristian dövləti kimi tanınan Gürcüstanda olan ermənilərin separatçı əməllərə əl atması də bir növ bu psixologiyanın təzahürüdür. 

Azərbaycanlılar: Tarixdən gələn “biz” anlayışı

Ermənilərdən fərqli olaraq, azərbaycanlılar arasında radikal millətçi yanaşmalar demək olar ki, heç vaxt olmayıb. Ümumiyyətlə “azərbaycanlı” anlayışı “erməni” və “gürcü” kimi etnik adlardan bir qədər fərqlidir. 

“Azərbaycanlı” milli kimliyi adı altında Azərbaycan vətəndaşı olan, Azərbaycanı özünə vətən hesab edən və Azərbaycanda yaşayan hər kəsi şamil etmək olar. Azərbaycan türkləri, talışlar, ləzgilər, tatlar, dağ yəhudilər və hətta bir Qarabağda yaşayan etnik ermənilər də mahiyyət etibarı ilə “azərbaycanlı” sayılır. 

Yuxarıda sadalanan və adını çəkmədiyimiz onlarla etnik qrup və dini icma tarix boyu Azərbaycan ərazisində qarşılıqlı hörmət prinsipləri ilə yaşayıb. Azərbaycanlılar üçün milli müstəsnalıq, deportasiya və etnik ədavət kimi anlayışlar hər zaman yad olub. Hətta bir sıra siyasi güclərin təbliğat və təxribatlarına baxmayaraq, Azərbaycanda yaşayan xalqlar arasında heç bir konflikt baş verməyib. 

1990-cı illərin əvvələrində Qarabağda yaşayan ermənilərin xristian dini kimliyini ön plana çəkərək, “türklər və müsəlmanlarla yaşamaq mümkün deyil” ittihamları da sadəcə boş bəhanələrdən idi. Bu gün Azərbaycan xristian dininə etiqad edən ruslar, ukraynalılar, ingloylar, udinlər, gürcülər və hətta ermənilər belə tam sərbəst şəkildə yaşayır, öz dini vacibiyyatlarını azad şəkildə icra edirlər. Azərbaycan türklərində ermənilərdən fərqli olaraq, “titul xalq” olmaq kompleksi yoxdur. Azərbaycanlılar üçün başqaları ilə birlikdə yaşamaq qorxu yox, mehriban qonşuluq deməkdir.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!