Birinci sinfə gedəcək uşaqların sayı bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Birinci sinfə gedəcək uşaqların sayı bəlli oldu

Sosial

12 Sentyabr 2024 13:10 322


Ölkə üzrə I siniflərə 132 261, məktəbəhazırlıq qruplarına isə 89 000 uşaq qəbul olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

2024-2025-ci tədris ili üzrə I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi sona çatır. pizza

Hazırda ölkə üzrə 1-ci siniflərə 132 261 nəfər, məktəbəhazırlıq qruplarına isə 89 000 nəfər uşaq qəbul olunub.

Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə eləcə də məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər.

Qeydiyyat prosesinin son günü 13 sentyabr 2024-cü il, saat 18:00-dır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!