“Birinci və İkinci dünya müharibələri də belə başlamışdı” – İranlı deputat

saytların hazırlanması

Evə çatdırılma

“Birinci və İkinci dünya müharibələri də belə başlamışdı” – İranlı deputat

Siyasət

12 Oktyabr 2021 10:15 3830


"Cənubi Qfqaz sərhədlərdə hər hansı bir dəyişiklik bölgənin təhlükəsizliyinə və sabitliyinə zərər verəcək".

Yenisabah.az "Şəfəqna"ya istinadla xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Cəlil Rəhimi Cahanabadi bildirib. İran-Azərbaycan gərginliyinə toxunan deputat qeyd edib:

"Bölgənin siyasi coğrafiyasında hər hansı bir dəyişiklik bir sıra pozuntulara səbəb olacaq. Bu həm Azərbaycanda, həm də İraqda nizamsızlıq doğuracaq, eyni zamanda, Əfqanıstanda qeyri-sabitliyi gücləndirə bilər. Avropanın tarixinə nəzər salsanız, görərsiniz ki, Birinci və İkinci Dünya müharibələri eyni gərginlik və çağırışlarla, həmçinin sərhəd xətlərini etnik əsasda dəyişdirmə cəhdi ilə başladı. Etnik məsələləri qabartma və bölgənin geosiyasətində dəyişiklik etmə təhlükəlidir". Marqarita pizza

Cahanabadinin sözlərinə görə, İranın regional siyasəti ölkələrin ərazi bütövlüyünə dəstək və etnik-dini gərginlikdən yayınmaqdır.

Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü ölkələrin ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb:

"İraq və Ermənistanın ərazi bütövlüyü bizim üçün nə qədər önəmlidirsə, Türkiyə və Azərbaycanın ərazi bütövlüyü də çox vacibdir. Buna görə də, İranın bütün qonşu ölkələr üçün prinsipial və regional siyasəti ərazi bütövlüyünü qoruma, etnik-dini gərginlikdən yayınma, bölgədə sabitliyə və sülhə yönəlmədir. 

Küveyt İraq-İrana müharibəsində Səddam Hüseyni dəstəkləsə də, Səddam Hüseyn Küveyti işğal etdikdə Küveytin ərazi bütövlüyünü dəstəklədik. Ermənistanla Azərbaycan gəlincə, inanırıq və ümid edirik ki, Türkiyə və Azərbaycan eyni səhvi təkraralamazlar. Çünki siyasi, dini-etnik sərhədləri dəyişdirərək gərginlik yaratma bütün bölgə ölkələrinin inkişafına, təhlükəsizliyinə və tərəqqisinə zərər verəcək".

Rahimi Cahanabadi bölgədəki inkişaflardakı "İsrail izi" ilə əlaqədar olaraq deyib: "İsrailin əsas strategiyalarından biri iranofobiyadır. Nüvə silahına sahib olmasına baxmayaraq, İranı qeyri-qanuni nüvə fəaliyyətində, digər ölkələrin işlərinə qarışmaqda günahlandırır. İsrail təcrid vəziyyətində və dağılma ərəfəsindədir. İsrailin əsas siyasəti İranla Səudiyyə Ərəbistanı, Türkiyə ilə Azərbaycan arasında bir uçurum yaratmaqdır. İsrailin siyasəti Azərbaycanın mənafelərinə ziyan vurur. Azərbaycanla bir çox tarixi, mədəni, dini və iqtisadi ortaqlığımız var. Onun davranışlarının müdrik olacağını və İranla əlaqədar yanlış hesablamalar etməyəcəyini ümid edirik.

Düşünürəm ki, bu gərginlik dialoq yolu ilə həll edilməlidir. Kim Azərbaycana başqa bir şey tövsiyə edərsə, bu ölkənin xeyrinə demir. Azərbaycan səlahiyyətliləri bölgədəki hadisələri daha ağıllı və daha rasional bir şəkildə başa düşməli və sionist rejimin (İsrail - red.) instinktləri ilə hərəkət etməməlidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Фаик
    Bəs 30 il niyə susdunuz ay serefsizler? Ermənistan bölgədə torpaqlarımızı işğal edib sərhədlərdə dəyişiklik etməmişdi?
    5 years ago