BMT qum böhranının qarşısını almaq üçün sahilyanı ölkələri təcili tədbirlər görməyə çağırıb.
Yenisabah.az xəbər verir ki, təklif olunan tədbirlər arasında sahilyanı ərazilərdən qum çıxarılmasına qadağa da daxildir.
Əhali artımı və urbanizasiya ilə əlaqədar quma olan tələbatın ildə 50 milyard tona qədər artıb. BMT qlobal ekoloji tarazlığa verdiyi zərərə görə tikinti üçün qum çıxarma fəaliyyətlərinə yenidən baxılmasının vacibliyini vurğulayıb. pizza sifarişi
Qurum dünyada sudan sonra ən çox istifadə edilən təbii sərvət olan qumun strateji hesab edilməli olduğunu bildirib.
Telegram kanalımız