“Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

“Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirildi - Fotolar

Rəsmi

14 Oktyabr 2025 20:14 1145


Özbəkistanın Səmərqənd vilayətində Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan hərbçilərinin iştirakı ilə baş tutan "Birlik - 2025" birgə regional təliminin oktyabrın 14-də açılış mərasimi keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Tədbirin rəsmi hissəsində iştirakçı ölkələrin Dövlət himnləri səsləndirilib. Marqarita pizza

Mərasimdə çıxış edənlər bu cür birgə təlimlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından vacibliyini vurğulayıb, təlim iştirakçılarına uğurlar arzulayıblar.

Sonra tədbir iştirakçılarına konsert proqramı təqdim edilib, özbək və digər xalqların milli mahnıları ifa olunub.

Sonda təlimdə iştirak edən hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!