“Bitcoin”in qiyməti fantastik həddə

saytların hazırlanması

Evə çatdırılma

“Bitcoin”in qiyməti fantastik həddə

İqtisadiyyat

20 Aprel 2026 09:22 480


Son sutkada kriptovalyuta bazarında əsas aktivlərin böyük hissəsində qiymət artımı qeydə alınıb.

“APA-Economics” xəbər verir ki, CoinMarketCap platformasında “Bitcoin”in qiyməti 0.97% artaraq 74,906 dollara yüksəlib. XRP-nin qiyməti isə 1.59% artımla 0.40 dollar təşkil edib.

Eyni zamanda, “Ethereum”un qiyməti 0.56% artaraq 2,525 dollara, BNB-nin qiyməti isə 1.12% artaraq 602 dollara çatıb. “Solana” 2.03% bahalaşaraq 172 dollar, “Dogecoin” 1.44% bahalaşaraq 0.19 dollar, “Cardano” isə 0.88% bahalaşaraq 0.63 dollar olub. Pepperoni pizza

Stabilkoin olan “Tether”in qiyməti dəyişməyərək 1.00 dollar səviyyəsində qalıb.

Bununla yanaşı, bazarda bəzi aktivlərdə azalma müşahidə edilib. Belə ki, “Monero”nun qiyməti 0.74% azalaraq 134 dollar, “Zcash”in qiyməti isə 1.12% azalaraq 28 dollar təşkil edib.

Qeyd edək ki, bazarda müşahidə olunan artım əsasən qlobal maliyyə bazarlarında risk iştahasının yüksəlməsi, investorların kriptovalyutalara marağının artması və “Bitcoin”in lider kimi bazarı yuxarı çəkməsi ilə əlaqələndirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!