“Biz 4-5 aydır ət yemirik”-   Quba sakini + Video

saytların hazırlanması

Evə çatdırılma

“Biz 4-5 aydır ət yemirik”- Quba sakini + Video

Xalqın səsi

24 May 2019 07:18 3156


Quba rayonunun Alpan kəndinin sakini Seymur İsayev 4 uşağı və həyat yoldaşı ilə birgə bu kərpic evdə yaşayır.

O, 8 ildir ki, şəraitsiz yaşamalarından şikayətçidir.

Seymur İsayev daimi iş yeri olmadığı üçün ailəsini dolandıra bilmədiyini deyir. Dördpendirli pizza

Seymur İsayev Məşğulluq Mərkəzinə müraciət etsə də, təklif edilən işə görə ödəniş az olub.

İsayevlər ailəsinin ən böyük arzusu uşaqlarının təhsil almasıdır.

Seymur İsayev həyətində bir ev tikmək istəsə də, tamamlaya bilməyib.

O, dövlətdən bu evi tikib qurtarmaq üçün yardım istəyir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deyir ki, qurum tərəfindən yalnız müharibə əliləri və şəhid ailələrinin mənzillə təminatı proqramı həyata keçirilir və güzəştli kateqoriyalardan olmayan hər hansı bir şəxsə ev tikintisi üçün maddi yardım etməsi qanunvericilikdə nəzərdə tutulmayıb.

BBC Azərbaycan


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!