"Azərbaycan - Türkiyə! Biz gerçəkdən canımız can, qanımız qan olan qardaş ölkələrik. Fəlakətdən əziyyət çəkən qardaş - bacılarımıza dəstək olmaq üçün minlərlə soydaşlarımız izdihamla özlərini yardıma yetirirlər".
Yenisabah.az xəbər verir ki, bunu Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələlər üzrə müşaviri, AVP Qadınlar Şurasının sədri Günay Ağamalı qeyd edib.
"Biz bununla öz həmrəylimizi, qardaşlığımızı nümayiş etdiririk. Hər bir vətəndaş çatdırdığı yardımla həm də öz qəlbini, sevgisini və mərhəmətini göndərir. Marqarita pizza
Acısı acımız, sevinci sevinc olan qardaş Türkiyənin dövlətimizlə, xalqımızla yanındayıq.
Türk dünyası bundan da böyük çətinlikləri aşıb. Uca Yaradan bizi bu çətinlikdən tezliklə qurtaracaq" - Günay Ağamalı bildirib.
Telegram kanalımız