“Biz digər yüksəklikləri də götürmüşük” - Mühüm açıqlama 

saytların hazırlanması

Evə çatdırılma

“Biz digər yüksəklikləri də götürmüşük” - Mühüm açıqlama 

Siyasət

03 Sentyabr 2022 09:46 27557


“Reallıq odur ki, Ermənistandakı daxili-siyasi vəziyyət həqiqətən mürəkkəb olaraq qalır. Bu mürəkkəblik isə bir sıra amillərlə bağlıdır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Fikrət Sadıxov deyib.

O, qondarma rejimin “müdafiə nazirləri” Cəlal Harutyunyanla, Mikael Arzumayanın saxlanılması, habelə Ermənistanın sabiq Baş naziri Ovik Abramaynın ifadə vermək üçün Ermənistan İstintaq Komitəsinə çağırılması faktına münaisbət bildirib. Sezar pizza

Politoloq deyib ki, birincisi, bunlar Azərbaycana uduzaraq görürlər ki, biz dinamik və ardıcıl şəkildə irəliləyirik:

“Biz artıq Laçındayıq, biz digər yüksəklikləri də götürmüşük, biz demək olar ki, beynəlxalq meydanaçlarda da üstünlük təşkil edərək güclü diplomatik addımlar atırıq. Əlbəttə ki, Paşinyanın vəziyyəti bu amillərlə bağlı olaraq xeyli zəifləyib. Bu zəiflikdən istifadə edərək ona qarşı çıxış edən siyasi dairələr çalışırlar ki, bu hakimiyyəti laxlatsınlar və Paşinyanı hakimiyyətdən uzaqlaşdırsınlar. Paşinyan isə bunu başa düşərək özünü sığortalayır. O, hərbçiləri həbs edir, bir sıra siyasətçiləri cinayət məsuliyyətinə cəlb edir və s. Bu da özü-özlüyündə o deməkdir ki, Paşinyan, əlbəttə ki, öz hakimiyyətinin qorunması naminə bütün bu addımlara gedir. Mənə elə gəlir ki, bu addımlar daha da güclü şəkildə yaxın gələcəkdə öz əksini tapacaq. Çünki əks halda onlar qruplaşaraq və xaricdə yaşayan erməni diasporu ilə birləşərək Paşinyanı devirə bilərlər. Bax, Paşinyan bundan qorxur və orada baş verən bütün hadisələri mən ancaq bununla əlaqələndirə bilərəm”.

Analitik deyib ki, biz bu hadisələrə kompleks şəklində baxmalıyıq:

“Çünki burada həm Azərbaycan amili, onun güclü irəliləməsi, Türkiyə ilə danışıqların getməsi və s. amillər həmin müxalifyönümlü siyasətçiləri çox narahat edir. Çünki müxalif qüvvələr indiyə qədər Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür, Azərbaycanı qondarma DQR-in “ərazilərini işğal etməkdə” ittiham edir. Bütün bu amillər kompleks şəklində, əlbəttə ki, Paşinyanın hərəkətlərinə öz təsirini göstərir. Lakin Paşinyan özü də qeyri-stabil bir insan kimi bəzi generalları həbs edir, sonra buraxır. Yaxud kimisə cinayət məsuliyyətinə cəlb edir və sonra o birdən-birə buraxılır. Yəni görünən odur ki, Paşinyan hakimiyyəti o qədər zəifdirdir ki, onlar normal şəkildə öz opponentlərini cinayət məsuliyətinə cəlb edə də bilmirlər. Bu da Ermənistanın reallığıdır”.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!