“Biz düşməni məğlub etmədik, darmadağın etdik“   - Seymur Verdizadə

saytların hazırlanması

Evə çatdırılma

“Biz düşməni məğlub etmədik, darmadağın etdik“ - Seymur Verdizadə

Siyasət

04 Noyabr 2021 11:38 764


“Vətən müharibəsi təkcə yaxın deyil, həm də uzaq tariximizin ən şanlı səhifələrindən biri sayılır. Bu tarixi yazanlar, hətta bizim kimi ona kənardan şahidlik edənlər xoşbəxt insanlardır. Tale Azərbaycan xalqına bu xoşbəxtliyi yaşamağı nəsib etdi. İllər, qərinələr, hətta əsrlər keçəcək, amma biz yenə tariximizə igid oğullarımızın qanı ilə yazılmış 44 günlük qəhrəmanlıq səlnaməsini qürurla xatırlayacağıq”. 

Bu sözləri SİA-ya açıqlamasında Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Jurnalist bildirib ki, ermənilərin son illər heç bir əndazəyə sığmayan hərəkətləri Vətən müharibəsini qaçılmaz etmişdi: Marqarita pizza

“Azərbaycan həmişə müharibənin əleyhinə olub. Biz humanist, yaradıcı, tərəqqipərvər xalqıq. Amma düşmən özünün xəstə təfəkküründən əl çəkmədiyi üçün onunla anladığı dildə danışmaq məcburiyyətində qaldıq. Guya “məğlubedilməz” olan Ermənistan ordusunu 44 gün ərzində məğlub etdik. Pafoslu çıxsa da deyəcəm, məğlub etmədik, darmadağın etdik. Müharibə 1 il əvvəl başa çatıb, amma ermənilər hələ də Qarabağdakı meyitlərinin qalıqlarını tapıb bir yerə toplaya bilməyiblər. Bu müharibə dünya hərb tarixində bir yenilik idi. Bu yeniliyi Müzəffər Azərbaycan Ordusu etdi, biz də ona şahidlik etdik”.

Seymur Verdizadə qeyd edib ki, 44 günlük Vətən müharibəsinin təkcə hərbi deyil, həm də çox böyük siyasi əhəmiyyəti var:

“Biz 44 gün ərzində milli birliyimizi, həmrəyliyimizi ən yüksək səviyyədə təmin etdik. Azərbaycan xalqı uşaqdan tutmuş böyüyə kimi nizami orduya çevrilib Ali baş Komandanın ətrafında birləşdi. Bu birlik, bərabərlik qələbəmizi təmin etməklə yanaşı, bizi regionun lider dövlətinə çevirdi. Hazırda regionda əsas söz sahibi Azərbaycandır. Vətən müharibəsi nəticəsində bu həqiqəti düşmənlərimiz də etiraf etmək məcburiyyətində qaldılar”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!