“Biz güclüyük və qalib gəldik!“   - Xalq artisti

saytların hazırlanması

Evə çatdırılma

“Biz güclüyük və qalib gəldik!“ - Xalq artisti

Mədəniyyət

11 Noyabr 2020 13:37 1043


“Döyüşdə həmişə güclülər qalib gəlir. Bu müharibədə də güclü tərəf biz idik və Azərbaycan haqlı olaraq qalib gəldi. 27-28 il əvvəl öz torpaqlarından didərgin salınmış yüz minlərlə soydaşımız öz dədə-baba yurduna qayıtmaq, doğma Vətəninə qovuşmaq hüququ qazandı”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Xalq artisti, Azərbaycan Akademik Musiqili Teatrının aktyoru və rejissoru, professor İlham Namiq Kamal söyləyib.

“Şübhəsiz ki, bu qalibiyyət torpaq uğrunda döyüşlərdə öz canını əsirgəməyən, qanını onun üzərinə tökərək Vətəni bir az da ucaldan, müqəddəsləşdirən şəhid oğlanlarımızın, həyatını bu yolda əsirgəməyərək mərmi və güllə yarası alan igidlərimizin qəhrəmanlığı hesabına qazanılıb. Bizi Qarabağa, Qarabağı bizə qovuşduran ləyaqətli əsgər balalarımızın bu əməyi ən yüksək dəyərə, hörmət və ehtirama layiqdir. Bu uğurun memarı, aparıcı qüvvəsi olan Müzəffər Ali Baş komandan İlham Əliyevə, döyüşlərdə sərkərdəlik edən general və zabitlərimizə, birlik və həmrəylik nümunəsi göstərən xalqımıza çox böyük minnətdarlıq duyğusu ilə təşəkkür edirik. Qoy xalqımızın zəfər günləri davamlı olsun! Dünyada torpaq qədər müqəddəs və qiymətli başqa bir nemət yoxdur. Bizi dünyaya gətirən, havası ilə nəfəs aldığımız, suyunu içdiyimiz, nemətləri ilə qidalandığımız ana torpağın qoynunda əbədiyyət yuxusuna gedirik. Ulu babalarımızın da qoynunda uyuduğu bu torpaq hamımızın məskənidir. Heç də təsadüfi deyil ki, qürbətdə vəfat edən kəsin məzarına onun doğulduğu yerdən bir ovuc torpaq gətirib tökürlər”. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!