“Biz mandatı Oxford, Harvardda qazanmamışıq” 

saytların hazırlanması

Evə çatdırılma

“Biz mandatı Oxford, Harvardda qazanmamışıq” 

Siyasət

13 İyul 2022 14:33 1622


Millət vəkili Etibar Əliyev Feysbukda "Komedixana" verilişini və orada çıxış edən aktyorları tənqid etmişdi. Layihədə rol alan aparıcı-aktrisa Xəyalə Quliyeva isə deputata sərt cavab vermişdi. O, öz cavabında deputat haqda “siz qapı-qapı gəzib, seçicilərinizə bülleten paylayıb, sizi seçməklərini xahiş edirdiz” deyə bildirib.

Qalmaqalla bağlı millət vəkili Məlahət İbrahimqızı Yenisabah.az-a açıqlamasında bildirib ki, nə deputata, nə də özünə hörmət edən heç bir vətəndaşa ədəb-əxlaq normalarından kənara çıxmağa və kimisə təhqir etməyə icazə verilmir:

“Bəli, bu gün çox təəssüflər olsun ki, televiziyalarda bayağı, Azərbaycanın nadir mədəniyyətini, adət-ənənələrini unutduran verlişlər çoxdur”. Toyuqlu pizza

Deputat Xəyalə Quliyevayanın dedikləri haqda bildirib: “Bəli, deputat qapı-qapı gəzməlidir, millətinin hər bir vətəndaşının ayağına getməli, onların qayğısına qalmalı, onların razılığını almalıdır. Bizlər Oxford, Harvard universitetində qazanmamışıq bu mandatı, mandatı bizə seçici - vətəndaş verir”.

Nəsimi Ələsgərli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!