YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“Biz onları zorla nazir, icra başçısı, biznesmen etmişik“  - Xalq artisti

“Biz onları zorla nazir, icra başçısı, biznesmen etmişik“ - Xalq artisti

Xalqın səsi

26 Aprel 2022 12:43 8130


Ötən gün paytaxt ərazisində motosikletçiyə qarşı xuliqanlıq əməli törədən “Lexus” markalı avtomobilin sürücüsünün hərəkəti sərt tənqidlərlə üzləşdi. 

Sürücünü döyməklə hüquq pozuntusu törətmiş Sultan Dadaşovun əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olması faktı insanlarda daha da qıcıq yaratdı.

Bəs görəsən, azərbaycanlı məmurların böyük qisminin bu cür davranışlarına səbəb nədir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov bu cür məmurların sərvətlərini halal yolla qazanmadıqlarını bildirib:

“Xalqı çapıb-talayan, xalqın gözünün qabağında onun əxlaqını, mənəviyyatını korlayan, qanun tələb edəndə “Get kimə deyirsən de!” deyən hikkəli adamlardan nə hərəkət desən gözləmək olar. Nə qədər ki, hər kəs birmənalı şəkildə əlahəzrət qanuna tabe olmur, belə hadisələr hələ çox olacaq. Xarici məmurlar, milyonerlər zəhmət çəkirlər, iş qururlar, struktur qurub həmin pulu əldə edirlər. Onlar xalıq, dövləti çapıb-talamırlar, qanuni vergilərini də verirlər. Onlar pulu sivil qaydada, halal yolla qazanırlar. Bizimkilər isə o pulu xalqı talayaraq əldə edirlər. Oğrudan nə vergi almaq olar? Oğrudan vergi ala bilmək üçün gərək oğurluğu neytral edəsən. Bu da mümkün deyil”.

Kinorejissorun sözlərinə görə, Azərbaycanda məmur və biznesmenlərin böyük qismi korrupsionerdir:

“Bu gün Azərbaycanda heç bir biznesmendən, məmurdan söhbət gedə bilməz! Çoxu korrupsioner, rüşvətxor, qanuna zidd hərəkət edənlərdir. Şükür Allaha ki, aralarında hələ də təmiz qalmış bir-iki nəfər var, Allah onları hidayət etsin, gedib pislərə qoşulmasınlar. Bu tip özbaşınalıq edənlər mədəniyyət, əxlaq və mənəviyyat baxımından əslində hamısı o səviyyənin adamlarıdırlar. Biz gətirib onları zorla nazir, icra başçısı, biznesmen etmişik. Əslində onlar mahiyyət etibarı ilə elə həmin videogörüntülərdəki insanlardırlar. Məsəl var, deyir, gədəni gətirib bəy etsən də öz gədəliyini bildirəcək. Biz onlardan nə gözləyirik?!”

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!