“Biz öz məsuliyyətimizi başa düşürük” - Dövlət başçısı

saytların hazırlanması

Evə çatdırılma

“Biz öz məsuliyyətimizi başa düşürük” - Dövlət başçısı

Siyasət

04 Fevral 2022 18:15 539


"Mən bir daha məmnunluğumu ifadə etmək istərdim ki, bu dəfə daha çox iştirakçımız var. Enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi ilə bağlı məsələlərin nə dərəcədə mühüm olduğunu sübut etməyə ehtiyac yoxdur. Biz hamımız bunu başa düşürük. Əlbəttə ki, Azərbaycan nəhəng neft-qaz ehtiyatları və bərpaolunan enerji potensialına malik ölkə olduğundan, sözsüz ki, biz öz məsuliyyətimizi başa düşürük".

Yenisabah.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışı zamanı bildirib.

"Sizə deyə bilərəm ki, biz daha yaxşı imkanlar yaratmaq üçün gələcəkdə də məsuliyyətli şəkildə davranacağıq. Bundan əlavə, həmçinin demək istərdim ki, bizim birgə yürütdüyümüz enerji siyasəti enerji şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərinin də hüdudlarını aşır. Çünki bu, ölkələr arasında yeni bağlantılar yaradır və əlaqələrin inkişafına kömək edir, bu prosesə cəlb olunmuş bütün ölkələr arasında qarşılıqlı etimad səviyyəsinin artırılmasına kömək edir. Pepperoni pizza

Beləliklə, bizim gördüyümüz işlərin çox sayda müsbət nəticələri var. Bir daha qeyd edim ki, biz bu yola çıxanda işlərin necə olacağı çox aydın deyildi. Biz əməkdaşlığın yeni formatına qədəm qoymuşduq, bu ölkələrin bəziləri ilə bizim heç vaxt bu formatda əməkdaşlığımız olmamışdı. Lakin bu, uğurlu oldu. Çünki biz səmimi, açıq və vicdanlı idik və eyni məqsədimiz var idi. Məqsədimiz budur, layihələr müxtəlif ola bilər, lakin əməkdaşlığın ruhu bizə planlaşdırdığımız hər şeyə nail olmağa kömək edəcək", - dövlət başçısı əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!