“Bu gün İslam Əməkdaşlıq Təşkilatına (İƏT), yaxud İslam Konfransına daxil olan 57 ölkədə cəmi 500 universitet var. Bu 500 universitetin heç biri də dünyanın ən yaxşı universitetləri siyahısına düşmür”.
“Yeni Sabah” xəbər verir ki, bunu ilahiyyatçı Elşad Miri deyib. Bizimyol.info-ya müsahibəsində o bildirib ki, bu rakursdan baxanda müsəlmanların vəziyyəti nə həddə olduğu təsəvvür olunur. “Amma bu gün təkcə Amerika Birləşmiş Ştatlarında (ABŞ) 5700 universitet var. Bu, pislədiyimiz, bəzən “şeytan” adlandırdırılan ölkə, oradakı elm dediyimiz anlayış, bu da İslamın ilk əmri “oxu!” olmasına baxmayaraq, müsəlmanların vəziyyəti.
Müsəlman ölkələrində yaşayan 1.5 milyard müsəlmanın arasında 150 milyon qadının oxuma-yazma bilməməsi məlumdur. BMT-nin statistikasına görə, dünyada oxumağı yazmağı bacarmayanların azlığı müsəlman ölkələrinin payına düşür. Bu da onu göstərir ki, biz Qurandan uzağıq. Allahın ilk əmri “namaz qıl!”, “Oruc tut!”, “Həccə get” deyil, ilk əmri “Oxu, yaradan rəbbinin adı ilə Oxu”dur!”. Toyuqlu pizza
Telegram kanalımız