“Biz söyüş meydanlarında yoxuq…” –  Sabir Rüstəmxanlı 

“Biz söyüş meydanlarında yoxuq…” – Sabir Rüstəmxanlı 

Yazar Saytların hazırlanması

20 May 2019 14:54 1400


Bu gün Azərbaycanın xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının 73 yaşı tamam olur.

“Yeni Sabah” şairin doğum günü təəssüratlarını öyrənməyə çalışıb. S.Rüstəmxanlı saytımıza açıqlamasında əslində yeni yaşı ilə bağlı danışmaqdan yorulduğunu dilə gətirib:

“Bu gün həddindən artıq təbriklər, zənglər gəlib. Hamısına can sağlığı arzu edirəm. Və diqqətlərinə, qayğılarına görə minnətdaram. 73 yaşa normal, ən azından xalqımızın, millətimizin qabağına üzü ağ gəlib çatmışam. Bundan sonra nə qədər  ömrüm var, onu da şərəflə davam etdirməyə Allah imkan versin”.

S.Rüstəmxanlı hazırda siyasi arenada az görünməsinin səbəblərini də açıqlayıb:

“Bizim partiya Vətəndaş Həmrəyliyi partiyasıdır. Adımıza uyğun olaraq milli birliyin, vətəndaş birliyinin tərəfdarıyıq. Cəmiyyətdəki qarşıdurmaları, didişmələri qəbul etmirik və pisləyirik. Ona görə bəzilərinə bizim fəaliyyətimiz görünümür. Biz söyüş meydanlarında yoxuq, barış meydanlarında isə həmişə varıq və olacağıq. Bu baxımdan qarşıdakı illərdə də bu yolumuzu davam etdirəcəyik”.

Xalq şairi ədəbi yaradıcılığından da söz açıb:

“Azərbaycanda müxtəlif janrlarda 35-dən yuxarı kitabım çap olunub. Dünya ölkələrində isə bu rəqəm 80-a yaxındır. Kitabın sayı önəmli deyil. Həm şair, həm nasir, həm də publisist kimi deyiləsi sözlərim var. Çalışıram ki, onlar ürəyimdə qalmasın”.

Günay Rəsulqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!