“Biz sülhsevər xalqıq, amma keçmişi də unutmayaq” - Nazir

saytların hazırlanması

Evə çatdırılma

“Biz sülhsevər xalqıq, amma keçmişi də unutmayaq” - Nazir

Siyasət

07 İyul 2022 11:47 759


Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Ermənistana ən yüksək səviyyədə sülh müqaviləsi üzərində işləmək təklifi edib. Bu, siyasi iradə və gələcəyə baxış tələb edir.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən "Diplomatiya həftəsi"nin açılış mərasimində deyib.

Nazir bildirib ki, Azərbaycan bu istiqamətdə əməli addımlar atıb. Eyni zamanda, sərhədlərin müəyyənləşdirilməsini, nəqliyyat-kommunikasiya xətlərinin açılmasını təklif etməklə regionun inkişafı üçün geniş imkanlar yaradıb. pizza hut

“Biz 30 illik işğal və müharibə dövrlərində baş vermiş cinayətlər barədə açıq şəkildə danışmalıyıq. Düzdür, biz sülhsevər dövlətik, xalqıq, gələcəyə baxırıq, amma bu, o demək deyil ki, biz keçmişi unutmalı və ondan dərs çıxarmamalıyıq", - XİN başçısı vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!