Bizdə niyə hər kəs gömrük işçisi olmaq istəyir? – “Savad lazım deyil…”

saytların hazırlanması

Evə çatdırılma

Bizdə niyə hər kəs gömrük işçisi olmaq istəyir? – “Savad lazım deyil…”

Siyasət

17 İyul 2022 11:03 4739


“90-cı illərdən “Gömrük işi” abituriyentlərin ən çox arzuladığı peşələrdən biridir. Məhz buna görə də Gömrük Akademiyası yarandı. Ora daxil olanlar elə bilirdi ki, gömrük işçisi olacaqlar. Lakin gömrük orqanlarına qəbul meyarı heç vaxt savad və dürüstlük olmayıb. Heç diplom da olmayıb. “Gömrük işi” sadəcə ali məktəblərin əlavə dolanışıq mənbəyi olub. Gömrük peşəsinə yiyələnənlərin əksəriyyəti isə işsizdir”.

“Yeni Sabah” xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov bildirib.

O, qeyd edib ki, bizdə gömrük işçisi olmaq polis olmaqdan da çox arzu ediləndir: “Polis olmaq istəyənlər isə vergi işçisi olmaq istəyənlərdən də çoxdur. Buna görə də Gömrük Akademiyamız da, Polis Akademiyamız da var. Amma Vergi Akademiyamız yoxdur. Pepperoni pizza

Vəziyyət niyə belədir? 

Ona görə ki, əksəriyyət asan pul qazanmaq yeri axtarır. Gömrük işi çox texniki fəaliyyətdir, çətin bir şey yoxdur. Gömrük işçisi olmaq üçün nə xüsusi bilik, nə də bacarıq lazımdır. Mal aparan və mal gətirən tam sənin sərəncamındadır. Nə edəcək ki? Şikayət edəcək? Şikayətinə illərlə baxılacaq! Mal isə indi “rastamojka” olunmalıdır, korlana bilər, lazımsız ola bilər və s. Buna görə də hamı gömrük işçisi ilə razılığa gəlmək istəyir. Odur ki, sən heç nə etmirsən, özləri sənin haqqını verir, hələ təşəkkür də edirlər.

Polisin işi daha çətindir. Amma məhkəmə-hüquq sisteminin bərbad vəziyyəti polisdən də şikayət etməyi əsasən perspektivsiz edir. Bununla belə, polis oturduğu yerdə pul qazana bilmir. “Dvijeniye” eləməlidir. Az-maz biliyin omalıdır. 

Vergi sahəsi gömrük işindən də, polis fəaliyyətindən də çətindir. Mürəkkəb sahədir. Vergi ödəyicisi səni məhkəməyə də verə bilər, uda da bilər. Hər şey də elektronlaşıb. Gəl indi belə vəziyyətdə “çak-çuk” et də! Çox çətindir! Ona görə də vergi işçisi olmaq üçün savad və nisbətən dürüstlük tələb olunur. Odur ki, əksəriyyət üçün maraqlı deyil. Buna görə Vergi Akademiyası da yoxdur... 

Bu məsələni əvvəllər də bir neçə müsahibəmdə vurğulamışam. Odur ki, sırf son hadisələrlə bağlı deyil. Sadəcə demək istəyirəm ki, gömrük sahəsində kökündən dəyişklik edilməlidir. Yanaşma fərqli olmalıdır. Əlahiddə qurum kimi qalmasına da ehtiyac yoxdur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Akif Arifoğlu
    Gömrük sahəsi sadaladığınız sahələrin ən gərəklisi və ən məsuliyyətlisidi.İdxal-ixrac olunan bütün mallara nəzarətin təşkili və onun statistik dəyərləndirilməsi,mal kodlarının tarif dərəcələrilə düzgün müəyyən edilməsi, iqtisadiyyatımızın bütövlükdə qorunması Gömrük işi vasitəsilə həyata keçirilir. Azərbaycana qədəm qoymuş xarici rezidentlər respublikamız haqqında ilk təəssüratı məhz gömrük işçilərilə ünsiyyətdən sonra əldə edirlər.Ona görə gömrük işçisinin bilikli, savadlı, intellektli və hətta gözəl xarici görünüşlü olması daha da vacib olmalıdı.
    4 years ago