“Maşınım yoxdur, bütün günü avtobusda, metrodayam” – Partiya sədri
“Bizdən artıq ayaqqabı nömrəsinə qədər istəyirlər. Nədi ki, siyasi fiqur olacağıq”. Toyuqlu pizza
Modern.az xəbər verir ki, bunu Milli Məclisdə bu gün keçirilən “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin müzakirəsində Ağ Partiyanın rəhbəri Tural Abbaslı bildirib.
O, yeni qanun layihəsində tələblərin çox olduğunu deyib.
“Əgər məqsəd siyasi partiyaların qarşısını almaq üçündürsə, təbrik edirəm, yaxşı qanun qəbul edirsiniz. Bizim rayonlarda belə qərargahlarımız yoxdur, yer tapa bilmirik. Olanda belə obyekt sahibi qorxa-qorxa deyir ki, mənə nəsə etməzlər? Biz siyasətlə məşğul olaq, yoxsa camaata hesabat verək? Diplomatik viza nazirin həyat yoldaşına, uşağına belə verilir, bizə niyə verilmir? Bundan başqa, mənim maşınım da yoxdur, təhlükəsizliyimi kim təmin edəcək? Bütün günü avtobusda, metrodayam”, - deyə partiya sədri vurğulayıb.
Telegram kanalımız