“Bizə dəstək verən Rusiya-Türkiyə tandemidir, amma Brüssel daha fəaldır”

saytların hazırlanması

Evə çatdırılma

“Bizə dəstək verən Rusiya-Türkiyə tandemidir, amma Brüssel daha fəaldır”

Siyasət

02 Sentyabr 2022 11:10 3931


Azərbaycanın sabiq XİN rəhbəri Tofiq Zülfüqarovun “Yeni Sabah”a müsahibəsi:

- ABŞ-ın dövlət katibi Entoni Blinkenin ATƏT-in Minsk qrupuna amerikalı həmsədri təyin etməsi Azərbaycan tərəfindən qıcıqla qarşılanıb. Şuşa konfrasında Prezidentin köməkçisi Hikmət Hacıyevin səsləndirdiyi fikirlər məhz Azərbaycan dövlətinin məhz bu məsələyə təpkisi sayıla bilərmi? Sizcə, bu yozum doğrudurmu?

- İndiki mərhələdə Azərbaycan-Türkiyə tandemi Ermənistan-Azərbaycan münaqişəsi adlanan mövzuda dominantlıq edir. Təəssüflər olsun ki, Qərb hələ də müharibədən sonra bu müstəvidə öz yerini tapmayıb. Qərbin bəzi nümayəndələri öz mövqeyini gücləndirmək üçün ilk növbədə, ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpasını təklif edirlər. Entoni Blinkenin qərarı da məhz bundan ibarətdir. Dördpendirli pizza

Avropa İttifaqı (Aİ) burada yeni yanaşma nümayiş edir. Bu yanaşma ondan ibarətdir ki, artıq ATƏT-in Minsk qrupu yada düşmür və Aİ-nin fəaliyyəti, əsasən, iki ölkə arasındakı postkonflikt dövrünə aid problemləri həll etməkdən ibarətdir. Azərbaycan Aİ-nin yanaşmasına müsbət münasibət bəsləyir.

Bildiyiniz kimi, Prezidentin köməkçisi Hikmət Hacıyev bu görüşdən sonra bir açıqlama yayıb və orada çox dəyərli bir fikir söyləyib. O deyib ki, artıq Qarabağ mövzusu Azərbaycanın daxili məsələsidir, amma Emrənistan-Azərbaycan münasibətləri, təbii ki, xarici siyasət mövzusudur. Bu, bir növ, Entoni Blinkenə və ATƏT-in Minsk qrupunu bərpa etmək istəyən digər qüvvələrə cavabdır. 

Biz onu da başa düşməliyik ki, Entoni Blinkenin qərarı, ilk növbədə, 2024-ün noyabrında olacaq seçkilərlə bağlıdır. Çünki demokratların mövqeləri o qədər güclü deyil və təbii ki, onlar istəyirlər ki, bu və ya digər şəkildə diaspor təşkilatların dəstəyini alsınlar. Bu qərarda görürük ki, onlar birmənalı olaraq erməni mövqeyini dəstəkləyirlər. Düşünürəm ki, bu, uzunmüddətli bir mövqe ola bilməz və sadəcə olaraq daxili siyasətə aid olan bir məsələdir.

- Sizcə, bundan sonra Azərbaycanın növbəti addımı ATƏT-in Minsk qrupundan rəsmən imtina etmək ola bilər?

- Buna ehtiyac yoxdur, çünki Azərbaycan artıq ATƏT-in Minsk qrupundan imtina edib. ATƏT-in Minsk qrupu sadəcə olaraq işçi qrupudur. Vaxtilə Azərbaycan ATƏT-in vasitəçiliyini qəbul edərkən ümid edirdi ki, Qərbin bu məsələlərdəki iştirakı ilə ermənilərin Azərbaycana qarşı olan təcavüzünün qarşısı alınacaq, Rusiyadan olan təzyiqlər azalacaq. Lakin biz buna nail olmadıq. Daha sonra, 2020-ci ildə Azərbaycan BMT-nin Nizamnaməsində təsbit olunmuş “hər bir ölkənin işğalçıya qarşı güc tətbiq etməsi mümkündür” hüququndan istifadə edib ərazilərini azad etdi. İndi Azərbaycan Qarabağı yalnız daxili siyasətinə aid məsələ kimi görür.

Bu mərhələdə bizə dəstək verən həm də Rusiya-Türkiyə tandemidir. Amma Brüssel daha fəaldır. Bu iki istiqaməti fərqlidir və bunu həm taktiki, həm də strateji cəhətdən ayırd etməliyik.

- Yəni Minsk qrupundan rəsmən imtina üçün ATƏT-ə müraciətə ehtiyac yoxdur?

- Əvvəllər ATƏT yox, ATƏM var idi. Azərbaycan vasitəçilik üçün ATƏM-ə müraciət edib. Dövlət başçısı dəfələrlə bəyan edib ki, artıq bu vasitəçiliyə heç bir ehtiyac yoxdur. Yəni istəyimiz olmadan ərazimizə aid hansısa xarici nümayəndələrin, yaxud qurumların qərar qəbul etməsi mümkün deyil.

- Əgər Fransa və ABŞ dirənsə ki, münaqişə hələ bitməyib, ATƏT-in Minsk qrupu fəaliyyət göstərməlidir və s. O zaman nə baş verəcək?

- Yox, belə bir şey mümkün deyil. Çünki yeganə qurum BMT-dir ki, onun qərarları imperativ xarakter daşıyır. İstər Fransa, istərsə də ABŞ, hətta Ermənistan belə istənilən təklifi verə bilər, amma suverenliyimizi əlimizdən almağa onların ixtiyarı yoxdur. Suverenliyi yalnız BMT əlimizdən ala bilər, o da xüsusi qətnamənin qəbul olunması vasitəsilə baş verə bilər. Yəni onların bu məsələdə dirənmələrinin yeri yoxdur. 

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!