“Hələlik narahatlığa əsas yoxdur. Çox şükür, hər şey normaldır”.
“Yeni Sabah” xəbər verir ki, bunu azərbaycanlı jurnalist, Qətərin Əl-Cəzirə televiziyasının əməkdaşı Aysəba Umudlu deyib.
O bildirib ki, hazırda Qətər hökuməti insanları evlərindən çıxmamağa çağırır: pizza
“Vəziyyətin necə davam edəcəyi bəlli deyil. ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıb. İran da əvvəlcədən qeyd etmişdi ki, əgər onlara qarşı hər hansı təhlükəli hal yaranarsa, onlar Amerikanın regionda olan bazalarına hücum edəcək. Amerikanın ən böyük hərbi bazalarından biri də Qətərdə yerləşir. Ona görə də İran hərbi bazanı hədəf alaraq təxminən 65 raket və 12 dron hücumları həyata keçirib. Hücumların çoxu müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Şükür ki, insanlar üçün təhlükəli hal yaranmayıb. Qətər hökuməti insanları evlərindən çıxmamağa çağırır. 9 ildir Qətərdə yaşayıram və heç vaxt təhlükəli halla qarşılaşmamışam”.
Qeyd edək ki, Aysəba Umudlu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlunun qızıdır.
Xatırladaq ki, ABŞ-İsrail hücumlarına cavab olaraq İran Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərini dəfələrlə hədəfə alıb. Dubay Beynəlxalq Hava Limanına zərbələr endirilib. Bundan başqa, Cəbəl Əli limanındakı körpü yandırılıb. Zərbələr Palm Cumeyrah yaşayış məntəqələrinə də endirilib.
Aydan Hacı
Telegram kanalımız