"Qarşıdan 22 İyul - Milli Mətbuat və Jurnalistika Günü gəlir. Bu münasibətlə bir çox qurumlar jurnalistləri, media təşkilatlarını təbrik etməyə başlayıblar. O baxımdan bir xüsusu qeyd etmək istərdim. Az öncə bizim daimi olaraq xəbərlərini yaydığımız bir qurumdan zəng edib sözügedən günlə bağlı hədiyyə göndərmək istədiklərini dedilər. Nəzakətli bir şəkildə dedim ki, biz bir media qurumu olaraq gördüyümüz işə görə heç kimdən hədiyyə gözləmirik. Elə sadəcə zəng edib diqqət göstərməyiniz yetərlidir".
Yenisabah.az xəbər verir ki, bu sözləri BAYRAQDAR MEDİA-nın baş redaktoru Azər Həsrət deyib. Baş redaktor bildirib ki, BAYRAQDAR MEDİA cəmiyyətə informasiya xidmətini təmənnasız göstərir və buna görə heç kimdən hədiyyə gözləmir: "Ona görə də bizə hədiyyə göndərmək istəyənlər, lütfən bu fikirdən daşınsınlar. Bizim xidmətimiz hədiyyə üçün deyil, cəmiyyətin faydası üçündür. Xəbərləri necə ki, bu vaxta qədər təmənnasız dərc etmişik, bundan sonra da edəcəyik".
Telegram kanalımız