Polşadan hərbi təhlükə yaranarsa, Belarus bu ölkəyə lazımi cavab verəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
"Qoy, Polşa buna cəhd etsin, biz anında cavab verəcəyik. Belarus qərb sərhədindəki vəziyyətdən narahat olmaya bilməz. Bizə Polşadan təhdidlər var. Biz vəziyyəti diqqətlə izləyirik. Mən hərbçilərə həmişə demişəm ki, biz heç nəyi əldən verməməliyik. 1941-ci ili təkrarlamamalıyıq. Ona görə də cavab verəcəyik",- deyə Lukaşenko Polşanı hədələyib. Dördpendirli pizza
Belarus lideri cavab tədbirlərinin nədən ibarət olacağını açıqlamayıb.
Telegram kanalımız