“Bizə təzyiqlər var, partiyanı dağıtmaq istəyirlər” - Kılıçdaroğlu

saytların hazırlanması

Evə çatdırılma

“Bizə təzyiqlər var, partiyanı dağıtmaq istəyirlər” - Kılıçdaroğlu

Siyasət

30 Avqust 2023 17:56 335


Türkiyədə keçirilən prezident və parlament seçkilərində məğlub olan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kemal Kılıçdaroğlunun son açıqlaması böyük rezonans doğurub. 

Yenisabah.az “Milliyet”ə istinadla xəbər verir ki, partiya sədri seçkidən sonra ona və partiyaya qarşı təzyiqlərin artdığını bildirib. 

CHP sədri deyib ki, partiyanı dağıtmaq üçün bir çox səylər göstərilsə də, o, bununla mübarizə aparacaq. Partiya liderinin fikrincə, seçkilərdən sonra təzyiqlər hələ də davam etməkdədir.  Dördpendirli pizza

Xatırladaq ki, sonuncu seçkilərdən sonra CHP-nin bir sıra stajlı üzvləri məğlubiyyətin əsas baiskarı kimi K.Kılıçdaroğlunu tənqid hədəfinə çeviriblər. Onlar partiya sədrinin təcili şəkildə istefaya getməli olduğunu qeyd etsələr də, K.Kılıçdaroğlu sədrlik postundan getmək fikrində olmadığını bəyan edib.

Bundan əlavə, seçkidəki məğlubiyyətdən sonra CHP İdarə Heyətinin bir çox üzvləri də partiya sıralarından ayrılıblar. Hazırda partiyada “yarpaq tökümü” davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!