“Bizim Ermənistanla problemimiz yoxdur” - Ceyhun Bayramov

saytların hazırlanması

Evə çatdırılma

“Bizim Ermənistanla problemimiz yoxdur” - Ceyhun Bayramov

Siyasət

07 İyun 2022 13:54 1187


“Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir və bunu bir neçə dəfə yüksək səviyyədə bəyan edib”.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə müsahibəsində deyib.

XİN başçısı qeyd edib ki, rəsmi Bakı Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələr təyin etməsini və onların keçirdiyi üç görüşü çox müsbət qiymətləndirir: Toyuqlu pizza

“Türkiyə və Azərbaycan Ermənistana açıq şəkildə deyir ki, bizim Ermənistanla hər hansı problemimiz yoxdur. Ermənistanla normal qonşuluq münasibətləri qurmağın tərəfdarıyıq. Bunları pozitiv addımlar olaraq görürük. Bu istiqamətdə irəliləmək, başda Ermənistan və Azərbaycan olmaqla bütün bölgə ölkələrinin mənafeyinə uyğundur. Qonşu ölkələrlə, Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdıraraq inkişaf üçün zəmin yaratmaq hamıdan çox Ermənistanın özü üçün faydalıdır”./Modern.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!