“Rusiya tərəfi Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesinə hərtərəfli dəstəyi davam etdirməyə hazırdır və ümid edir ki, Bakı və İrəvan sülh müqaviləsi imzalaya biləcək”.
Yenisabah.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Hazırda Ermənistan və Azərbaycan arasında sülhün mümkün olub-olmaması ilə bağlı suala cavab olaraq nazir müavini qeyd edib ki, sülh sazişinin əldə edilməsi daha çox nizamlanmanın bütün yollarının tərəqqisindən asılıdır. pizza hut
“Bizim köməyimiz həm Bakı, həm də İrəvan üçün əlverişli olan mübahisəli məsələlər üzrə balanslaşdırılmış kompromis həll yollarının axtarışına yönəlib.
Bu mövzuda Moskvada aparılan danışıqlar tərəflər arasında qarşılıqlı anlaşmanın yaxşılaşmasına, habelə bir sıra məsələlər üzrə mövqelərin yaxınlaşmasına töhfə verib. Biz bu məqsədlər üçün İrəvan və Bakıya hərtərəfli dəstəyi davam etdirəcəyik, ümid edirik ki, belə müntəzəm təmaslar yekun sülh sazişlərinin əldə olunmasına imkan yaradacaq”.
Qaluzin xatırladıb ki, mayın 19-da Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan və Azərbaycandan olan həmkarları Ararat Mirzoyan və Ceyhun Bayramovla ikitərəfli və üçtərəfli danışıqlar aparıb.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini qeyd edib ki, bu tədbirlər çərçivəsində sülh müqaviləsi üzrə ayrıca Ermənistan-Azərbaycan görüşü də keçirilib.
“Belə müzakirələr üçün platformamızı təqdim etmək Rusiyanın Bakı ilə İrəvan arasında sülh prosesində konkret nəticələrin əldə edilməsinə verdiyi dəstəyin elementlərindən biridir”, - o, əlavə edib.
Telegram kanalımız