“Biz İrana, İslama qarşı deyilik. İran bizi yer üzündən silmək istəyir. İslam elə bizik. İran İslam deyil, anti-islamdır. Bu bir faktdır. Eradan əvvəli də, Miladdan sonranı da danışaq. Nə qədər istəsəz danışaq. Kim də danışmaq istəsə, buyursun gəlsin. Amma söyüşlə yox. İran İslama onu gətirib”.
“Yeni Sabah” xəbər verir ki, bunu Musavat TV-də qonaq olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. O, bildirib ki, İslamın iki əsası Üsuliddin və Firuddindir: “Az qala Üsuliddinə də, Firuddinə də söyüş-təhqir əlavə ediblər. Bizim mollalarımız az qala söyüş söyürlər. Tehran, Qum öyrədib belə ki, qoy bu şəkildə danışsınlar”.
Partiya sədrinin sözlərinə görə, Xamneyini toxunulmaz hesab edənlər bizim nə dinimizi, nə kimliyimizi, nə də dövlətimizin sərhədlərini müəyyənləşdirə bilərlər: “Nə üçün Xamneyin toxunulmazdır? Lap yaxşı toxunulmazdır. O sənin üçün toxunulmaz olsun. Mən buna bir söz demirəm. O da mənim nə dəyərlərimə toxunmasın. pizza hut
Adamı Allah yaradıb, Allah da öldürür. Ən mükəmməl və kamil din də İslam dinidir. Mənim bildiyim odur ki, dünyanın qəbul etdiyi İslam dininə İran anti-islam cümhuriyyəti əməl etmir”.
M.Mirəlioğlu qeyd edib ki, kişi kimi düşmənçilik də edə bilmirlər: “Qonşusan, qonşu haqqı tanrı haqqıdır. İslamdan qabaq belə deyilirdi. Lakin belə qonşuluq olmur. Adamsansa bu cür adamlıq, dostsansa heç belə dostluq da olmur. Heç kişi kimi düşmənçilik də edə bilmirlər. Kütləvi şəkildə guya sənin ordun var. Nə ordun varsa, çıxsın ortalığa. Hər dövlətin özünün qanunları var. Biz həm dünyəvi dövlətik, həm də İslami. Sən bu məsələlərlə neyləmək istəyirsən?”.
Nəzrin Vahid
Telegram kanalımız