“Yuventus”un portuqaliyalı futbolçusu Ronaldo “Atletiko Madrid” ilə oyun öncəsi açıqlama verib.
“Yeni Sabah” xəbər verir ki, o, qələbə qazanmalı olduqlarını bildirib:
“Atletiko Madrid” çox güclü klubdur. Müdafiə sistemi əladır. Əks hücumlara üstünlük verirlər. Buna görə də bizə çətin olacaq. Amma turu keçməli və qələbə qazanmalıyıq. İlk oyunda məğlub olacağımızı gözləmirdik. Lakin futbolda istənilən nəticə olur. Seriya A-da uğurla davam edirik. Çalışacağıq ki, bunu Çempionlar Liqasında da davam etdirək”. Dördpendirli pizza
Qeyd edək ki, bu həftə Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunlarına yekun vurulacaq.
Naibə Məmmədova
Telegram kanalımız