“Bizim Yol” qəzeti fəaliyyətini dayandırıb.
“Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı qəzetin baş redaktoru Bahəddin Həziyev verib. O, bildirib ki, redaksiya bundan sonra fəaliyyətini “Bizimyol.info” saytında davam etdirəcək. Amma o qəzetin həftədə bir dəfə dərc olunmaqla fəaliyyətinin davam etməsi ehtimalını da istisna etməyib: “Həftədə bir dəfə çıxmağı düşünürük. Gücümüz çatsa, şənbə və ya birinci gün. Tarix üçün lazımdır. Ancaq gücümüz çatsa...”
Telegram kanalımız