Mayın 8-də Ermənistan parlamentinin sədri Ararat Mirzoyan və keçmiş prezident Serj Sarkisyan Qarabağa gəlib.
Bundan 1 gün sonra mayın 9-da isə Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anait Saakyanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib. N.Paşinyan Şuşada ermənilərlə rəqs edərək fotolarını paylaşıb.
Məsələ ilə bağlı Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov “Yeni Sabah”a açıqlamasında Paşinyanın Şuşada rəqs etməsinə və şəkil paylaşmasına heç bir şey edə bilməyəcəyini deyib: Toyuqlu pizza
“Mən nə deyim? Orda nə var ki? Paşinyana Şuşaya getməyə qadağan edim? İşğal ediblər, Şuşadadırlar. Allah qoysa, torpaqlarımız işğaldan azad olunandan sonra biz də orda olacağıq.
Bu, erməninin etdiyi birinci hadisə deyil. Tərbiyəsizlik edib Azərbaycan ərazisinə gedib. Əlbəttə, Paşinyanın Şuşaya səfəri qeyri-qanunidir. Ora Azərbaycan ərazisidir”.
B.Səfərov qeyd edib ki, Azərbaycan ərazisinə bizim razılığımız olmadan getmək olmaz: “Hər halda Ermənistanın baş naziri kimi bir adam qanunu ilk növbədə özü pozur. Bu da bütün sülh danışıqlarına ziddir. Yallı rəqsi gedib, şəkil paylaşıb – buna nə edə bilərik? Bizimkilər də paylaşsın, ondan milyon dəfə yaxşı işlər görürlər”.
Günay Rəsulqızı
Telegram kanalımız